İsrailin Hindistandakı səfirliyi Nyu-Delhi polisindən təhlükəsizlik işçiləri
üçün atış təlimi keçmək üçün tirlərin onların ixtiyarına verilməsini xahiş edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, bu, Nyu-Delhi polisinin tarixində ilk dəfədir ki,
xarici səfirlik onun atış təlim mərkəzinə giriş tələb edir.
“Biz bu məsələni yüksəksəviyyəli rəhbərliklə müzakirə edirik və hazırda, çox
güman ki, onların xahişini rədd edəcəyik. Amma hələlik yekun qərarımız yoxdur”,
– deyə Nyu-Delhi polisindəki mənbə bildirib.
İsrail səfirliyinin Nyu-Delhi polisinə ünvanlandığı müraciətdə atış təlim
mərkəzinin hansı səbəbdən onlara lazım olduğu və təlimə qatılacaq personalın
sayı göstərilməyib.
Lakin İsrail diplomatik missiyasının müraciəti Yaxın Şərqdə vəziyyətin
gərginləşməsi fonunda baş verdiyi məlumdur.