İsrailin keçmiş baş naziri hakimiyyəti atəşkəsə çağırdı: “ABŞ-nin tələbləri
ilə razılaşmaq lazım gələcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İsrailin Qəzza zolağında əməliyyatı başa çatdırmaq və Qərblə münasibətləri
korlamamaq üçün cəmi bir neçə həftə vaxtı var”.
Bu sözləri “Politico” nəşrində müsahibəsində İsrailin keçmiş baş naziri Ehud
Barak deyib.
Ehud Barak ölkənin hazırkı hökumətini Vaşinqtonun narazılığına görə Qəzza
zolağında əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmağa çağırıb.
Barakın fikrincə, Qəzza zolağında HƏMAS-ın tamamilə məhv edilməsi üçün uzun
əməliyyat lazımdır ki, bu da təxminən bir il davam edə bilər, lakin İsrail
ABŞ-nin atəşkəs tələbləri ilə razılaşmalı olacaq.
O əlavə edib ki, İsrailin anklava endirdiyi zərbələr səbəbindən, xüsusilə də
ABŞ-də məsələ ilə bağlı ictimai rəy sürətlə dəyişir.
“Biz hücumlar səbəbindən amerikalılarla toqquşmağa doğru gedirik. Amerika
İsrailə nə edəcəyini diktə edə bilməz. Amma biz onları gözardı da edə
bilmərik”, – deyə o vurğulayıb.