İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir.
Cixisyolu.com-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yəhudi dövlətinin
müdafiə naziri Yoav Qalant çıxış edib.
“İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi. Bizim hücumumuz, əksinə,
ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş
verdiyini və necə baş verdiyini anlamayacaqlar. Sadəcə olaraq, nəticələri seyr
edəcəklər” , – deyə nazir İsrail ordusunun kəşfiyyat bölmələrindən birinin
iclasında bildirib.