8c1c0594-b4ba-4c04-8f32-682ad5f46bdb..jpg

İsrailin sabiq baş naziri: “Azərbaycan qarşıda duran problemləri qısa müddətdə həll etmək iqtidarındadır”

Baxış sayı: 484 dəfə baxılıb.

İsrailin sabiq baş naziri: “Azərbaycan qarşıda duran problemləri qısa müddətdə
həll etmək iqtidarındadır”

“Azərbaycan çox qərarlı şəkildə qarşıda duran problemləri hərbi münaqişələrə
getmədən qısa müddətdə həll etmək iqtidarındadır”.

“Report” xəbər verir ki, bunu İsrailin sabiq Baş naziri Ehud Olmert Bakıda
“Azərbaycanda kibertəhlükəsizlik günlərinə” həsr olunmuş konfransda deyib.

E.Olmert deyib ki, uzun illərdir davam edən İsrail-Azərbaycan münasibətləri
İsraildə yüksək qiymətləndirilir:

“Ölkələrimiz arasında münasibətlər çox böyük əhəmiyyətə malikdir.

İsrailin baş naziri olduğum vaxtlarda bizim Azərbaycanla çox yaxın
əməkdaşlığımız var idi. Azərbaycan Prezidentiİlham Əliyevlə çox yaxın
dostluğumuz var. Prezidenti çox böyük lider və ilhamverici bir şəxs və yaxın
dostum olaraq görürəm”.

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
təşkilatçılığı ilə baş tutan 3 günlük konfransda kibertəhlükəsizlik sahəsində
fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları
və özəl müəssisə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak
edirlər.

Source link