aa83d04f-4366-4fb9-a9be-ca2859fa84fb..jpg

İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək

Baxış sayı: 505 dəfə baxılıb.

İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir vacib məqamı qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi
üçdə bir qədər genişləndiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov parlamentin Əmək və sosial siyasət komitəsinin
iclasında bildirib.

Nazir müavini qeyd edib ki, fondun büdcəsinin 50%-dən çoxu aktiv dəstək
tədbirlərinə gedir:

“Bundan əlavə, büdcənin bir hissəsi peşə standartının hazırlanmasına
yönəldilir. Bu günədək 1000-ə yaxın peşə standartı hazırlanıb. Növbəti ildə
300-ə yaxın peşə standartı da hazırlanacaq”.

A.Kərimov əlavə edib ki, Elektron məşğulluq xəritəsinin hazırlanması
planlaşdırılır.

Onun sözlərinə görə, bu ilin on ayı ərzində 40 mindən çox vətəndaşımız əlillik
təyinatı alıb:

“Onların dörd mindən artığı müharibə əlilliyi olan şəxslərdir”.

Source link