İstanbul derbisi: Oyunun bütün biletləri bir gündə satıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klubları arasında keçiriləcək
mümkün çempionluq görüşü üçün satışa çıxarılan biletlər bir gündə satılıb.
Məlumata görə, biletlərin qiyməti 1,3-30 min türk lirəsi arasında olub.
Türkiyə mediasının xəbərinə görə, “Qalatasaray” azarkeşləri tarixdə bir ilk
olacaq xoreoqrafiya hazırlamağa başlayıblar.
Qeyd edək ki, mayın 19-da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da start
götürəcək. Bu qarşılaşmada heç-heçə qeydə alınarsa və ya “Qalatasaray” qalib
gələrsə, 2023/24 mövsümünün çempionu olacaq.
Mənbə: Sporx.com