İstanbul nəhəngləri cəzalandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İstanbul nəhəngləri Türkiyə Peşəkar Futbol İntizam Komitəsi tərəfindən ağır
cəzalandırılıb.
Məlumata görə, İntizam Komitəsi “Qalatasaray” və “Fənərbağça” klubunu
azarkeşlərin qeyri-etik davranışı ucbatından cəzalandırıb. Belə ki,
“sarı-qırmızılılar” 500 min Türkiyə lirəsi, “Fənərbağça” klubu isə 115 min
Türkiyə lirəsi cəzalandırılıb.
“Beşiktaş” klubunun futbolçusu Əl Musrati isə “Fənərbağça” ilə derbi görüşündə
qırmızı vərəqə aldığı üçün ikioyunluq cəzalandırılb.
Qeyd edək ki, “Ankaragücü” klubunun həkimi Mehmet Mesut isə görüşün baş
hakiminə qarşı etik olmayan sözlər işlətdiyi üçün biroyunluq soyunub-geyinmə
otağına buraxılmayacaq.
Mənbə: Ntvspor.net