0d100587-02fb-46a5-97ae-06817f4ee1c9..jpg

İstanbul sakinlərinə çağırış: “Diqqətli olun!” – FOTO

Baxış sayı: 700 dəfə baxılıb.

İstanbul sakinlərinə çağırış: “Diqqətli olun!” – FOTO

Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu 16 milyonluq şəhərin
sakinlərini quraqlıq təhlükəsi ilə bağlı su ehtiyatlarına qənaət etməyə çağırıb.

“Proqnozlara görə, qarşıdakı həftə İstanbulda yağıntı gözlənilmir. Bütün
vətəndaşlarımızı sudan istifadə edərkən daha diqqətli və qənaətli olmağa
çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, – deyə
İmamoğlu “X”də yazıb.

Yayın isti və quraq keçməsi ilə əlaqədar İstanbulun su anbarlarında su
ehtiyatı bazar günü normanın 32,38%-nə qədər azalıb ki, bu da son doqquz ilin
ən aşağı göstəricisidir.

Hava proqnozlarına görə, gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni
keçəcək.

Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında iki aylıq suyun qaldığını
bildirmişdi. İstanbulun 10 su anbarından 6-da su ehtiyatı normanın 20 faizindən
aşağı düşüb.

AKOM verilerine göre İstanbulumuzda önümüzdeki hafta da yağışsız geçecek. Tüm
vatandaşlarımızı su kullanımında çok daha dikkatli ve tasarruflu olmaya davet
ediyorum. Kuraklık tehlikesi kentimizi ve ülkemizi tehdit ediyor.
pic.twitter.com/3O5hhQkwwG
— Ekrem İmamoğlu (@ekrem_imamoglu) August 20, 2023

Source link