İstanbul və Kahramanmaraşda zəlzələ baş verib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)
məlumat yayıb.
Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 9,71
kilometr olub. Başda İstanbul olmaqla ətraf vilayətlərdə də hiss olunan zəlzələ
qısamüddətli çaxnaşma yaradıb.
Kahramanmaraş şəhərində baş verən zəlzələ dörd bal gücündə olub.
Məlumata görə, 5,13 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri
Kahramanmaraşın Dulkadiroğlu rayonunda olub.