afdf70da-4c7a-41c5-8063-cb648c224593..jpg

İstanbulda 100 minə yaxın bina sökülə bilər

Baxış sayı: 1. 022 dəfə baxılıb.

İstanbulda 100 minə yaxın bina sökülə bilər

Türkiyə hökuməti İzmir və İstanbulda gözlənilən güclü zəlzələlər əleyhinə
tədbirlər planlaşdırıb.

Bu barədə Ekologiya və şəhərsalma naziri Murat Kurum xəbər verib.

Onun sözlərinə görə, İstanbulda zəlzələ üçün riskli görülən binalar
boşaldılaraq əvvəlcədən müəyyən edilmiş ərazilərə köçürüləcək.

Eyni zamanda Yıldız Texniki Universitetinin professoru Doktor Əli Koçak bunun
təxminən 100-150 min bina olduğunu qeyd edib.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri İstanbulda 90 minə yaxın riskli
binanın olduğunu bildirib. Biz tamamilə söküləcək binaların sayını 50-60 min
hesab edirdik. Hazırda riskli ərazilərə baxdığımızda Beylikdüzü, Bakırköy,
Üsküdar, Tuzla, Pendik, Kadıköy, Fatih və Büyükçekmecenin sahilyanı əraziləri
var.

Təhlükəsiz zona adlandıra biləcəyimiz yerlər siyahısına isə Esenyurt,
Başakşehir, Eyüp, Şişli, Silivri, Sarıyer, Çekmeköy və Beykoz daxildir. Əslində
Sarıyerdə də çoxlu qeyri-qanuni tikili var və onlar çox risklidir”, – deyə o
bildirib.

Mənbə: Direniş Haber

Source link