8d8e2bbd-bddb-4d4e-bdc0-b9f901aa3ff6..jpg

İstanbulda avtomobillər toqquşdu: Ölən və yaralananlar var

Baxış sayı: 467 dəfə baxılıb.

İstanbulda avtomobillər toqquşdu: Ölən və yaralananlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda hərəkətdə olan avtomobilin
dayanmış nəqliyyat vasitəsinə çırpılması nəticəsində bir nəfər ölüb, beş nəfər
isə yaralanıb.

Məlumata görə, nəqliyyat vasitəsinin yol kənarında dayanan digər avtomobilə
çırpılması nəticəsində mühərriki alovlanan maşının sürücüsü ilişib qaldığı
yerdən xilas edilsə də, o, aparıldığı xəstəxanada keçinib.

Bildirilir ki, hər iki avtomobildə yaralanmış beş nəfərin müalicəsi davam edir.

Mənbə: İHA

Source link