76272122-1dec-41ab-be0a-40354a943076..jpg

İstanbulda COMCEC-in 39-cu iclası keçirilib – FOTO

Baxış sayı: 553 dəfə baxılıb.

İstanbulda COMCEC-in 39-cu iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət
Əməkdaşlığı üzrə Daimi Komitəsinin 39-cu iclasında təşkilata üzv ölkələrlə
əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və
Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında üzv
dövlətlər arasında əməkdaşlığın elektron ticarət, eləcə də, maliyyə, nəqliyyat,
rəqəmsallaşma, özəl sektor, kənd təsərrüfatı, turizm və digər sahələrdə
təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin
müavini Sahib Məmmədov çıxış edərək ölkəmizin İƏT ölkələri ilə tərəfdaşlığın
inkişafına önəm verdiyini vurğulayıb. İclasda ölkə iqtisadiyyatının
şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində görülən işlər barədə məlumat
verilib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd
təsərrüfatında məhsuldarlığının artırılması və davamlı ərzaq təhlükəsizliyinin
təmin edilməsi, yoxsulluğun azaldılması istiqamətlərində İƏT üzvü olan
ölkələrlə əməkdaşlıq qeyd olunub.

Qeyd: 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in 3-cü Sammitində yaradılmış COMCEC
çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üzrə əsas platformadır. İƏT-in 4
daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə,
nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun
azaldılması) işçi qrupu fəaliyyət göstərir.

Source link