İstanbulda gecə klubunda atışma: Ölən var

İstanbulda gecə klubunda atışma: Ölən var

Baxış sayı: 2. 823 dəfə baxılıb.

Türkiyənin İstanbul şəhərində gecə klublarından birində atışma olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə İstanbul şəhərinin Beşiktaş-Ortaköy məhəlləsində, Muallim Naci prospektində yerləşən bir gecə klubunda, yerli vaxtla saat 04:30-da qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər təhlükəsizlik əməkdaşı isə yaralanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com