Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal
Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih
Çeliklə bağlı istintaqda yeni detallar üzə çıxıb.
Cixisyolu.com “Turkiye gazetesi”nə istinadən xəbər verir ki, mətbuatda “Edirnekapı
qatili” adını alan Çelikin qonşusu qətl günü baş verənləri ilk dəfə danışıb.
“Hadisə baş verən gün bağırtı səsləri eşitdim. Sonra saat ikinin yarısında
Çeliki qazanxananın qapısında gördüm. Odun kimi görünürdü. Titrəyirdi. Ağappaq
idi.
Mən Ölən qızı da görmüşdüm, gəlib gedirdi. O evdən əvvəllər də ara-bir
qışqırıq səsləri gəlirdi. Ata qışqırır, söyürdü. Uşaq da atanın üstünə
qışqırırdı. Nə ana, nə də ata bizə pislik edib. Amma hərdən qışqırırdılar”, –
deyə qonşu bildirib.
O, Çeliki “əməlli başlı dəli” deyə təsvir edib.
Xatırladaq ki, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda
psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı
qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha
sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar
edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19
yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.
Qeyd edək ki, qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir
mesajlaşma tətbiqi üzərindən özlərini “incel” kateqoriyasına aid edən şəxslərlə
əlaqə saxladığı ortaya çıxıb.
Məlumata görə, ingiliscə “involuntary celibacy” (“məcburi subaylıq”)
ifadəsinin qısaltması olan “incel” qadınlara və yaşadıqları cəmiyyətə düşmən
münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.
Həmçinin Semih Çelikin evində şeytani ünsürlərin və ayinlərin əks olunduğu
şəkillər aşkarlanıb.