Ənənəvi olaraq İstanbulda Ramazanın ilk cümə günü “Hırka-i-Şərif” (Peyğəmbərin müqəddəs plaşı) nümayiş olunur.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə TRT məlumat yayıb.
Məhəmməd Peyğəmbərin müqəddəs plaşını həftə içi saat 10:00-dan 18:00-a qədər, şənbə və bazar günləri isə 9:00-dan 18:00-adək görmək olar.
Plaşdan əlavə, Məhəmməd Peyğəmbərin saçını da burada görmək mümkündür.
Sərgi Ramazanın son günü, bayram namazından sonra bağlanacaq.