5298df43-ca93-40c8-ba7f-dfac168d1349..jpg

İstanbulda maraqlı mənzərə: Polislər avtomobil yolunda Topqapıya doğru qaçan atları qovdular – VİDEO

Baxış sayı: 629 dəfə baxılıb.

İstanbulda maraqlı mənzərə: Polislər avtomobil yolunda Topqapıya doğru qaçan
atları qovdular – VİDEO

Türkiyənin İstanbul şəhərinin Bakırköy məhəlləsində sahibsiz atlar avtomobil
yoluna girərək nəqliyyatın hərəkətində problemlər yaradıblar.

Şosedə Topqapıya doğru qaçan iki sahibsiz at sürücülərə çətin anlar yaşadıb.
Bu barədə polisə xəbər verilib.

Əraziyə gələn polis əməkdaşları şosedə qaçan atları dayandırmağa çalışıblar və
onları qovmağa başlayıblar.

Uzun səylərdən sonra polis qrupları atları yoldan çıxarmağa nail olub.

Polislərin atları qovduğu anlar vətəndaşlar tərəfindən mobil telefonlarla
lentə alınıb.

Mənbə: Haber Global


Source link