İstanbulda narkotik kartelinin liderlərindən biri saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bazar günü polis İstanbulda keçirdiyi əməliyyat zamanı beynəlxalq narkotik
kartelinin Qərbi Balkanlar qanadının liderlərindən birini saxlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat
verib.
“İnterpol”, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan
Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində
İstanbulun Beşiktaş ərazisində saxlanılıb. Onun üzvü olduğu mütəşəkkil
cinayətkar qrup digər cinayətkarlarla əlaqələr qurub. Təşkilatlar Cənubi
Amerikada fəaliyyət göstərir və Avropaya kokain tədarükündə və narkotik
qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, –
nazir “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Qeyd edək ki, bu, Türkiyə polisinin həftəsonu İstanbulda beynəlxalq narkotik
ticarətinə qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. Şənbə günü
qruplaşmanın lideri, xorvatiyalı Nenad Petrak saxlanılıb. Onun mütəşəkkil
cinayətkar qruplaşması doqquz ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan
Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur.
İstanbul’da düzenlenen “KARTEL-3” Operasyonuyla, İnterpol tarafından
🟦Mavi Bültenle aranan Uluslararası Uyuşturucu Kartelinin “Batı Balkan
Kanadı” yöneticilerinden Christijan PALIČ Beşiktaş’ta yakalandı❗️
Aziz Milletimiz bilmesini isterim ki; Türkiye’mizi ulusal ve…
pic.twitter.com/nZnbuIKxYA
— Ali Yerlikaya (@AliYerlikaya) November 19, 2023