İstanbulda Qərbi Azərbaycanın tarixi həqiqətləri ilə bağlı konfrans keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər”
mövzusunda konfrans keçiriləcək.
“Report” xəbər verir ki, Milli Məclisin deputatları Əziz Ələkbərov və Hikmət
Məmmədov konfransda iştirak etmək üçün oktyabrın 23-də Türkiyənin İstanbul
şəhərinə səfər edəcəklər.
Bildirilib ki, tədbir Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu və
Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya
dair məruzə ilə çıxış edəcək. Millət vəkili Azərbaycan həqiqətləri barədə
tədbir iştirakçılarına məlumat verəcək.
Səfər oktyabrın 25-də başa çatacaq.