İstanbulda həbsxanadan qaçan şəxs insanlara hücum edib.
ÇıxışYolu.Com NTV telekanalına istinadən xəbər verir ki, nəticədə 11 nəfər yaralanıb.
Bildirilir ki, qaçaq məhkum küçədə keçənlərə xaotik şəkildə bıçaqla xəsarət yetirib.
Yaralananlar xəstəxanaya çatdırılıb, iki nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
İnsanlara hücum edən şəxs artıq saxlanılıb.