İstanbulda silahlı toqquşma: Ölən və yaralılar var

İstanbulda silahlı toqquşma: Ölən və yaralılar var

Baxış sayı: 9. 044 dəfə baxılıb.

İstanbulun Taksim meydanında 2 dəstə arasında silahlı toqquşma baş verib.

ÇıxışYolu.Com DHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları silahlı insidentin otel və restoran sahibləri arasında pulla bağlı düşən mübahisə zəminində baş verdiyini bildirir.

İnsidentdən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Agentliyin məlumatına görə, atəş səsləri İstanbulun mərkəzi meydanda sakinləri və xarici turistləri təşvişə salıb. Yaralılar taksilərdə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsidentdən sonra ərazilə əlavə polis qüvvələri və zirehli texnika göndərilib.Rayonda təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı toqquşmanın təfərrüatları araşdırılır.

.
www.ÇıxışYolu.Com