İstanbulda TDT çərçivəsində siyasi məsləhətləşmələr keçiriləcək
Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər
nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr
keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu
TDT Sammitinə hazırlıq, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, TDT-nin
gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və
beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.