İstanbuldan Moskvaya uçan Türkiyə Hava yollarına məxsus “Boeing 737” təyyarəsi Odessa aeroportunda qəza enişi edib.
Tsn.ua xəbər verir ki, hazırda ukraynalı kinoloqlar təyyarəni yoxlayırlar. Odessa vilayətinin Milli Polis İdarəsinin müşaviri Ruslan Forostyak aviareys zamanı gözlənilməz hadisə yaşandığını bildirib.
“Sərnişinlərdən biri özünü pis hiss etdiyini deyərək, tualetə gedib və uzun müddət tualetdən qayıtmayıb. Sərnişinin hərəkəti ekipaj üzvlərinə şübhəli görünüb. Tualetə baxış zamanı orda gizlədilmiş çanta tapılıb. Məhz bu səbəbdən təyyarə təcili şəkildə enib”,- deyə o bildirib.
Təyyarənin göyərtəsində 122 sərnişin olub.