“İstanbulspor” “Trabzonspor”la matçda meydanı tərk etdi, oyun dayandırıldı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Superliqasının XVII turunda “İstanbulspor”un futbolçuları hakimin
qərarı ilə razılaşmadıqları üçün meydanı tərk ediblər.
Bu, “Trabzonspor” ilə qarşılaşmanın dayandırılmasına səbəb olub.
68-ci dəqiqədə Edin Vişçinin ötürməsindən sonra “Trabzonspor”un hücumçusu Paul
Onuaçu başı ilə rəqib qapısına zərbə endirib və hesabı 2:1 komandasının xeyrinə
dəyişib. Ancaq bundan bir neçə dəqiqə əvvəl “Trabzonspor”un digər futbolçusu
oyun epizodunda rəqibin üzünə zərbə endirib. Hakim VAR-a baxaraq heç bir qayda
pozuntusu qeydə almayıb.
Bundan sonra “İstanbulspor”un futbolçuları hakimlə aktiv şəkildə mübahisə
etməyə başlayıblar. İstanbul klubunun prezidenti meydana daxil olaraq
komandasını oradan uzaqlaşdırıb.
Mənbə: Haber Global