d008c3bc-5b6b-44bd-99e9-67e160c5b5f2..jpg

İstanbulun rəmzlərindən biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı – VİDEO

Baxış sayı: 524 dəfə baxılıb.

İstanbulun rəmzlərindən biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü
İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü
münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.

Körpünün axşam saatlarında mavi, qırmızı və yaşıl rəngli işıqlarla bərq
vurduğu bildirilib.

Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən
ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.
Körpünün uzunluğu 1510 metr, eni 39 m, dayaqların hündürlüyü sudan 165 m-dir.
Yolun hərəkət hissəsindən suyun səthinə qədər məsafə isə 64 metrə barəbərdir.

Source link