Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Cixisyolu.com-un əldə etdiyi xəbərə görə, yeni direktor, general-mayor Natiq Əliyevdir.
Ehtiyatda olan hərbi zabit idmana yad sima deyil. Belə ki, o, karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. 1999-2012-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
O, əvvəllər AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Hazırda Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Natiq Əliyev 2012-2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi işləyib. Ötən ilin iyun ayından Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Qeyd edək ki, Natiq Əliyevdən əvvəl Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru boks millimizin sabiq baş məşqçisi Məmməd Eyvazov olub. O, ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişib.