İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi
davam etdirilir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının
məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək
Seyfəli poliqonunda həyata keçiriləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat
veriləcək”, – məlumatda vurğulanıb.