a1caff03-ffd9-4eec-8187-f7e03c2a231f..jpg

İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

Baxış sayı: 541 dəfə baxılıb.

İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

Cixisyolu.com xəbər verir ki, Nazirlər Kabinet bununla bağlı müvafiq qərar verib.

Müəyyən edilib ki, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi
fəaliyyətə başlayanadək “İstilik enerjisindən istifadə qaydaları”nda həmin
sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt
və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji
təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və
bununla əlaqədar digər məsələlər tənzimlənəcək. İstilik enerjisindən istifadə
qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə
enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların
quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq
və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması
hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə
hesablaşma məsələlərini müəyyən edir.

Source link