Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Kahin Gərayevin CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Kahin Gərayev “Binə” ticarət mərkəzində xəz mağazalarının sahibi olub.
O, birgə iş qurmaq adı ilə tanışının 100 min manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyib. Zərərçəkən polisə şikayət edəndən sonra araşdırma aparılıb və toplanmış material əsasında cinayət işi başlanılıb. İstintaqın gedişatında Gərayev barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və məhkəmə iclas zalında həbs olunub.