1087e2b9-83d4-46b0-97c4-b9cfdca9581e..jpg

İsveç Dövlət Təhlükəsizlik Xidməti: “Ölkəmizdə PKK terroru maliyyələşdirilir”

Baxış sayı: 896 dəfə baxılıb.

İsveç Dövlət Təhlükəsizlik Xidməti: “Ölkəmizdə PKK terroru maliyyələşdirilir”

PKK terror təşkilatı İsveç və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı
danışıqlarda maneəyə çevrilib.

Türkiyə dəfələrlə İsveçi terrorçulara sığınacaq verdiyinə görə tənqid edib və
buna görə də İsveçin müdafiə alyansının bir hissəsi ola bilməyəcəyini bəyan
edib.

İsveç Dövlət Təhlükəsizlik Xidməti (Säpo) PKK-nın İsveçə birbaşa hücum
təhlükəsi yaratdığına inanmır.

“Digər tərəfdən, biz onların başqa ölkədə və ya İsveçdə terror fəaliyyətlərini
dəstəkləmək üçün terrorun maliyyələşdirilməsi də daxil olmaqla, köməkçi
fəaliyyətlərlə məşğul olduqlarını görürük”, – deyə qurumun terrorla mübarizə
üzrə rəhbərinin müavini Susanna Trehörninq bildirib.

O, İsveçdə nə qədər PKK tərəfdarının olduğunu açıqlamayıb.

İsveçin NATO üzrə müzakirəçisi Oskar Steenström ölkəsinin PKK-ya qarşı daha
aydın işləməli olduğunu vurğulayaraq, terrorun maliyyələşdirilməsinə xüsusi
işarə edib.

Bu məsələyə Suzanne Trehörninq də toxunaraq PKK-nın İsveçdə əhəmiyyətli
dərəcədə terrorun maliyyələşdirməsində iştirak etdiyini təsdiqləyib.

“Mən dəqiq məbləğlərə toxunmayacağam, lakin bu, əhəmiyyətli bir məbləğdir”, –
o, bəyan edib. DTX rəsmisi vurğulayıb ki, qurum daim məlumat toplamaq və lazım
gələrsə, bu cinayətləri həqiqətən törədənləri müəyyənləşdirmək və cinayət,
yaxud da prosesə digər formada müdaxilə etmək üçün daim çalışır.

“Bir qayda olaraq, biz işimizi indiki siyasi kontekstə uyğun
istiqamətləndirmirik, ən ciddi təhlükədən başlayırıq və ona qarşı mübarizə
aparırıq. Bu, bizim işimizin bir hissəsidir və uzun müddətdir, təxminən
onilliklərdir bəzən yüksək intensivlik, bəzən isə aşağı intensivliklə
aparılır”, – Trehörninq qeyd edib.

O xatırladıb ki, bu yay terror təşkilatlarında iştirakı qadağan edən yeni
qanun qəbul ediləcək. DTX qanunun qüvvəyə mindiyi zaman ilkin araşdırmaların
sayının artacağını gözləyir. Trehörninqin sözlərinə görə, “Säpo” artıq daha
erkən mərhələdə şübhəliləri yaxalaya biləcək.

Mənbə: Dagens İndustri

Source link