İsveçdə kilsədən Kral rəmzləri oğurlandı

Baxış sayı: 2. 375 dəfə baxılıb.

İsveçdə kilsədən Kral rəmzləri oğurlandı

İsveçin Strenqness şəhərinin kilsəsindən naməlum şəxslər XVII əsrə aid Kral rəmzlərini oğurlayıblar.

Bu barədə ÇıxışYolu.Com “Expressen”ə istinadla xəbər verir.

İki şəxsin kral IX Karla məxsus tacı və onun həyat yoldaşı Kristinanın çələngini oğurladıqları bildirilir. Onlar hadisə yerindən qayıqla qaçıblar. 

Hazırda polis helikopterləri cəlb edərək axtarışları davam etdirir.

“Bu, milli mədəni irsimizin bir hissəsidir, bu bütün İsveç cəmiyyətinin qarətidir”, – kilsənin rahibi Kristofer Lundqren deyib.

www.ÇıxışYolu.Com