İsveçli arxeoloqlar təxminən 1600 il əvvəl kütləvi qırğının qurbanına çevrilmiş insanların ümumi məzarını aşkarlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qalıqlar Eland adasının Sandbi Borq qəsəbəsində üzə çıxarılıb. Qədim insanların sümüklərində açıq-aydın zorakılıq izləri olub.
Tədqiqatçıların ehtimalına görə, kiçik kəndin sakinləri olan bu insanlar düşmən qoşunun basqınından sonra qılıncdan keçirilib.
Arxeoloqlar kütləvi məzarlıqda skeletlərlə yanaşı heyvanların sümüklərini, həmçinin artefaktlar, o cümlədən Roma imperiyası dövrünə aid qızıl sikkələr, qızıl-gümüş bəzək əşyaları, şüşə muncuqlar aşkarlayıb.
Ümumilikdə 26 qurbanın qalıqları tapılıb. Maraqlıdır ki, kütləvi qırğını həyata keçirənlər qadınlara toxunmayıb. Habelə uşaqlı-qocalı, kişi cinsindən olan bütün kənd sakinlərini edam edib.