İsveç sakini nazir və siyasətçiləri hədələdiyi üçün paytaxt hava limanında saxlanılıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, məhkəmə ona qiyabi həbs hökmü çıxarıb.
2017-ci ilin avqust və sentyabr aylarında saxlanılan şəxs bələdiyyə, hökumət və ictimai xadimlərə hədələyici məktublar göndərib. Məktubların bəzilərində isə zərərsiz də olsa, ağ maddə olub.
Həmçinin o, ölkədən kənarda sui-qəsd də həyata keçirib.