db6c9210-3928-410f-b29a-19de51e6b655..jpg

İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək – FOTO

Baxış sayı: 1. 173 dəfə baxılıb.

İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda səfərdə olan isveçli fotoqraf və sənədli film rejissoru Mikael
Silkeberq muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovla
görüşüb, kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, görüşdə yeni layihələr barədə danışılıb.

Rejissor bildirib ki, Naxçıvan və İrəvanla bağlı film hazırlanacaq. Həmçinin
İsveç Krallığında muxtar respublika ilə bağlı fotoşəkillərdən ibarət sərgi
təşkil olunacaq.

Qeyd edək ki, isveçli rejissor tarix və mədəniyyət abidələri – “Əlincəqala”
Tarix-Mədəniyyət Muzeyi və Əlincəqala tarixi abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı”
Dini Mədəni Abidə Kompleksi, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət
Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan
Dövlət Rəsm Qalereyası ilə tanış olub, çəkilişlər aparıb.

Həmçinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Mikael Silkeberqin müəllifi
olduğu “Xarıbülbül əfsanəsi” sənədli filminə baxış olub.

Source link