b38b7295-f331-4587-a88e-2efc641ab679..jpg

İsveçli xizəkçi finişdən sonra huşunu itirdi – VİDEO

Baxış sayı: 931 dəfə baxılıb.

İsveçli xizəkçi finişdən sonra huşunu itirdi – VİDEO

İsveçli xizəkçi Frida Karlsson 2023-cü il “Tour de Ski” turnirində 10 km
məsafədə yarışı bitirdikdən sonra huşunu itirərək yerə yıxılıb.

İdmançı yarışda 15-ci yeri tutduqdan sonra ərazini yalnız xərək üzərində tərk
edə bilib.

Bir müddət sonra idmançı özünə gəlib. Onun həkim və fizioterapevti Karlssonun
səhhətində ciddi problemin olmadığını bildiriblər.

Qeyd edək ki, bu, “Tour de Ski”nin son yarışı olub və Karlsson ümumi
sıralamada qalib gəlib. İdmançı mükafatlandırma mərasimini buraxsa da, onun
vəziyyəti həkimləri narahat etmir.

İsveçli həm estafetdə dünya çempionu, həm də eyni proqram növü üzrə
Olimpiadanın bürünc mükafatçısı olub.

Mənbə: lenta.ru


Source link