İsveçrə rusiyalı milyarderin hesablarını dondurub

İsveçrə rusiyalı milyarderin hesablarını dondurub

Baxış sayı: 2. 212 dəfə baxılıb.

ABŞ sanksiyalarından çəkinən İsveçrə bankları rusiyalı biznesmen Viktor Vekselberqin şəxsi hesablarında olan pul vəsaitləri üzərində əməliyyatları qadağan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Schweiz am Wochenende” həftəlik qəzeti məlumat yayıb.

İnformasiyaya görə, söhbət bir milyard isveçrə frankına yaxın pul vəsaitindən gedir.

Hesabları donduran banklar “UBS”, “Credit Suisse” və “Julius Baer”  banklarıdır. “Renova” şirkətinin vəkilləri adı çəkilən bankları və onların vəzifəli şəxslərini məhkəməyə verməyə hazırlaşır.

Vekselberqin təkcə şəxsi hesabları bloklanmayıb. Biznesmenin eyni zamanda bir sıra iri İsveçrə şirkətlərindəki səhm paketlərinə əlçatarlığı məhdudlaşdırılıb.

“Schweiz am Wochenende” qeyd edir ki, hesablar İsveçrə qanunvericiyinə uyğun açılıb və aktivlər isə dollarla deyil, İsveçrə frankı ilə olub.

.
www.ÇıxışYolu.Com