a78aac85-b492-412f-be5a-9f9a06a5dfc2..jpg

İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb – FOTO

Baxış sayı: 666 dəfə baxılıb.

İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı
təxribata əl atılıb.

“Report” xəbər verir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər
tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə
girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər
yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb.

Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız
aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk
etməyə məcbur olub.

Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə
soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısında aksiyanı davam
etdirirlər. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan
Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar
edirlər. “Mina sahəsi” adlı ekskluziv təlimlər keçirilir və sakinlərə
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı
məlumatlar verilir, bu mövzuda əvvəlcədən hazırlanmış flayerlər paylanılır.

Minalanmış Azərbaycan ərazilərini əks etdirən “Mina sahəsi” adlanan ekskluziv
təlim oyununda çoxlu sayda İsveçrə sakini, həmçinin ölkəni səyahət edən
turistlər iştirak ediblər.

Source link