bcddceb9-6957-463a-a779-6b6f09728f58..jpg

İsveçrənin ən böyük bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini dondurub

Baxış sayı: 855 dəfə baxılıb.

İsveçrənin ən böyük bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini dondurub

İsveçrənin ən böyük maliyyə konqlomeratı “Credit Suisse” Rusiyanın 17,6
milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivlərini
dondurub.

Bloklanan Rusiya aktivlərinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar
siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər
dövlətlərdə sanksiyalara məruz qalmış şəxslərə aiddir.

Bildirilir ki, bu məbləğə Rusiya Mərkəzi Bankının vəsaitləri də daxildir.

Xatırladaq ki, bu həftə Avropa İttifaqının (Aİ) hüquq xidməti faktiki olaraq
təsdiqlədi ki, Rusiya Mərkəzi Bankının 258 milyard dollarlıq “dondurulmuş”
aktivlərinin 86%-nin harada yerləşdiyini bilmir.

Mənbə: gazeta.ru

Source link