2018-ci ilin may ayının 10-da “Pullman” hotelinin böyük zalında IT avadanlıqlarının distribüteri olan və maliyyə və logistikadan tutmuş marketinqa qədər bütöv bir dövrü dəstəkləyən “Gulfstream Distribution” şirkətinin rəsmi açılışı münasibətilə Azərbaycanın ən böyük İT inteqratorların və riteylerlərin nümayəndələri və bir çox dünyaca məşhur İT brendlərin regional rəhbərləri toplaşıblar.
O cümlədən, “Gulfstream Distribution” İT avadanlıqlarının distribüterliyi sahəsində dünyaca liderlərindən biri olan “Abris” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır.
“Gulfstream Distribution” komandası bu mühüm gündən İT texnologiyaları üzrə ən böyük vendor və inteqratorları bir araya toplamaq, onların inkişafını müzakirə etmək, İT sahəsinin ən son trendləri barədə bölüşmək, tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və sadəcə, həmkarları ətrafında xoş vaxt keçirmək məqsədilə istifadə edib.
Tədbiri şirkətin baş direktoru Adil Əliyev açıq elan edib:
“Bugünkü gündə nəinki ayrıca şirkətlərin və inteqratorların imkanları vacibdir, o cümlədən prosesin bütün iştirakçılarının sıx əməkdaşlığı zəruridir. İstehsalçı İT həllərlə təmin edir, distribüter çatdırılmadan tətbiq etməyə kimi bütün etaplarda dəstək olur, inteqrator isə son sifarişçiyə həmin avadanlıq və həlləri tətbiq edir.
Məhz buna görə bazarın və onun iştirakçılarının inkişafı üçün uzunmüddətli və məhsuldar əlaqələrin qurulması və qorunması vacibdir.
“Gulfstream Distribution” satış kanallarını qorumağa, bazarını inkişaf etdirmək istəyən tərəfdaşlara dəstək olmağa, həmçinin onları treninq və seminar vasitəsilə maarifləndirməyə hazırdır”.
Tədbirdə marketinq üzrə menecer Fərhad Rzayev, inteqrasiya olunmuş İT həllər üzrə menecer Emin Həsənov, və layihə biznesi və pərakəndə satışlar üzrə menecer Ziya Qasımov çıxış ediblər.
Tədbirin ikinci hissəsində isə İT avadanlıqlarının və həllərinin istehsalçıları çıxış ediblər:
Axis – videomüşahidə və yüksəktexnologiyalı İP kameralar üzrə dünyanın aparıcı istehsalçılarından biri. Nümayəndə – Mixail Artemenko.
“Checkpoint” – kiber-təhlükəsizlik , firewall və müdafiə sistemlərinin dünya liderlərindən biri. Nümayəndə – Aleksandr Savuşkin.
NEC – displey və video-divarların aparıcı istehsalçısı. Nümayəndə – Maksim Proxorov.
“Canon” – çap və foto texnikasını ən böyük istehsalçısı. Nümayəndə – Aleksandr Kereselidze.
“Plantronics” – korporativ və özəl sektor üçün qarnitura istehsalı üzrə liderlərdən biri. Nümayəndə – Mixail Poluneckiy.
“APC” – enerji təchizatı həllərinin sahəsində dünyanın aparıcı istehsalçısı. Nümayəndə – Bəxtiyar Əliyev.
Bütün vendorlar Azərbaycan bazarının yüksək potensialına, eləcə də, “Gulfstream Distribution” vasitəsilə qısa zamanda İT texnologiyalarının rolunu dövlət idarəetmə və biznes sahələrində artırılmasına əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda 50-dən çox inteqrator və riteylerlər gələcəkdə birgə nəaliyyətlərin təmin edilməsi üçün bir vasitə olan Gulfstream Distribution şirkəti ilə tərəfdaşlıq sertifikatı ilə təltif olunub.
“Gulfstream Distribution” şirkəti “Cisco”, “Axis”, “Dell”, “Checkpoint”, “NetApp”,” Avigilon”, “Pelco”, “Huawei”, “Milestone”, “Canon”, “Acer”, “APC”, “EMC”, “NEC”, “Mitsubishi Electric” və bir çox digər brendlərin distribüteridir.