a1af5255-885d-4fb4-adcd-0d61f1cb804a..jpg

İtaliya A Seriyası: “Roma” autsayderə uduzdu – VİDEO

Baxış sayı: 990 dəfə baxılıb.

İtaliya A Seriyası: “Roma” autsayderə uduzdu – VİDEO

İtaliya A Seriyasında 24-cü turun daha bir oyunu keçirilib.

“Roma” səfərdə “Kremoneze”nin qonağı olub. Görüş paytaxt təmsilçisinin
məğlubiyyəti ilə başa çatıb – 1:2.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Frank Tsacu açıb. 71-ci dəqiqədə
Leonardo Spinatsola tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 83-cü
dəqiqədə penaltidən Daniel Çofani qoyub.

İlk hissənin əvvəlində “canavarlar”ın baş məşqçisi Joze Mourinyo baş hakim
Marko Piççinini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə texniki zonadan
qovulub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Kremoneze” cari çempionatdakı ilk
qələbəsini qazanaraq sonuncu pillədən xilas olub və 19-cu sıraya yüksəlib. 44
xalı olan “Roma” isə 5-cidir.


Source link