İtaliya futbol klubu 10 avroya satıldı

Baxış sayı: 2. 420 dəfə baxılıb.

İtaliya futbol klubu 10 avroya satıldı

İtaliya İkinci Futbol Liqası (B Seriyası) klublarından olan “Palermo” 10 avro qarşılığında mərkəzi Londonda yerləşən “Mepal” şirkətinə satılıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Palermo”nun sahibi Maurizio Zamparininin tərəfdarlara yazdığı məktub klubun saytında yayımlanıb.

O, məktubunda klubu 10 avroluq simvolik bir qiymətə “Mepal” şirkətinə satdığını elan edib.

Klubun mənfəəti üçün satışın gerçəkləşdirildiyini vurğulayan 77 yaşlı iş adamı adıçəkilən şirkətin 22,8 milyonluq klub borclarını öhdəsinə götürdüyünü, yeni stadion və məşq mərkəzləri tikmək üçün hazırlıqlara başladığını bildirib.

“Palermo”nu 2002-ci ildə satın alan Zamparini 30 illik fasilədən sonra 2004-2005 sezonunda klubu A Seriyasına daşımağı bacarmışdı.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.