40ffdc68-80e1-4106-be04-aaea0a41f32d..jpg

“İtaliya hökuməti Fabio Massimonun dövləti ilə uyğunlaşmayan mövqeyinə qarşı tədbir görəcək” – ŞƏRH

Baxış sayı: 658 dəfə baxılıb.

“İtaliya hökuməti Fabio Massimonun dövləti ilə uyğunlaşmayan mövqeyinə qarşı
tədbir görəcək” – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Parlamentinin əksər üzvləri ermənipərəst mövqeləri ilə seçilirlər.
Azərbaycanla bağlı qərəzli çıxışlar da, bəyanatlar da daim ermənipərəst
deputatlar tərəfindən edilib”.

Bu fikirləri Cixisyolu.com-a Milli Məclisin deputatı Müşfiq Cəfərli Avropa
parlamentinin İtaliyanın müxalif “5 Ulduz hərəkatı” Partiyasından olan üzvü
Fabio Massimo Kastaldonun Avropa İttifaqı və parlamentinin rəsmilərinə
ünvanlanmış ədalətsiz, əsassız çağırışları haqqında danışarkən deyib.

Deputatın sözlərinə görə, hətta illər öncə Avropa Parlamenti (AP) Azərbaycanla
bağlı ədalətsiz qətnamə qəbul etdikdən sonra dövlətimiz qətnaməni “ədalətsiz və
qeyri-obyektiv” adlandıraraq AP ilə münasibətlərini kəsmişdi:

“Lakin Avropa Parlamenti bir il ərzində rəsmi və qeyri-rəsmi şəkildə
münasibətləri bərpa etməyə çalışırdı. Azərbaycan Prezidenti və diplomatiyası
dəfələrlə Avropa Parlamentinin əsassız iddiallarıyla bağlı faktları ortaya
qoyub. Ümumiyyətlə, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti
qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya
qoymalıdır. Həmçinin, artıq Avropa Parlamenti üzvləri Azərbaycanla bağlı
mövqeyini dəyişməli və reallıqları qəbul etməlidir”.

M.Cəfərli bildirib ki, AP-də təmsil olunan dövlətlərin Qarabağla bağlı
mövqeləri bəzən nümayəndələrinin parlamentdəki çıxışlarıyla böyük ziddiyyət
təşkil edir:

“Buna nümunə parlamentin italiyalı üzvü Fabio Massimo Kastaldonun Avropa
İttifaqı, Avropa Parlamentinin rəsmilərinə ədalətsiz və əsassız çağırışlar
ünvanlamasıdır. Belə ki, 44 günlük müharibə zamanı da, postmüharibə zamanı da,
hətta bu gün Qarabağdakı quruculuq işlərində italyan şirkətləri fəaliyyət
göstərir. Məhz İtaliya Qarabağdakı quruculuq prosesində yaxından iştirak etməyə
ilk cəhd göstərən dövlətlərdən olub. Bu cəhətdən də Fabio Massimo Kastaldonun
çıxışını İtalya dövlətinin rəsmi mövqeyi kimi qiymətləndirə bilmərik. Digər
tərəfdən də İtalya hökuməti rəsmi şəxsin dövlətin siyasətiylə uyğunlaşmayan
mövqe nümayişinə görə, çox güman ki, tədbir görəcəkdir”.

Aysel Aslan

Source link