4adda900-19e4-44b8-9c20-6380b0448048..jpg

İtaliya İnsan Haqları Federasiyası Azərbaycanla Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

Baxış sayı: 832 dəfə baxılıb.

İtaliya İnsan Haqları Federasiyası Azərbaycanla Ermənistan arasında barışıq
üçün praktiki proqram elan edəcək

“Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması
üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş
cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq”.

“Report” xəbər verir ki, bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti
Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri
zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və
Ermənistan liderləri münasibətlərdə yeni səhifə açmağa və regionda sülh dövrünə
başlamağa hazır olduqlarını bəyan etdikdən sonra bu məsələdə beynəlxalq
vasitəçiliyin artırılmasının vaxtı çatıb.

“Birincisi, bu, cəzasızlıq və sükuta son qoymaq, Xocalıya ədaləti bərpa etmək
üçün vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilməlidir. Həmçinin hər iki
ölkənin icmalarına tanınma, dialoq və yekun barışıq yolu ilə nifrət və
inamsızlığın aradan qaldırılmasında kömək etmək lazımdır”, – A.Stanqo bildirib.

O, Xocalıda törədilən kütləvi qırğından danışaraq qeyd edib ki, burada baş
verənlərə dair beynəlxalq səviyyədə tanınmış sübutlar var.

“Human Rights Watch” və “Memorial” təşkilatı baş verənlər barədə daha çox
faktı sənədləşdirib, o cümlədən HRW baş verənləri beynəlxalq humanitar hüququn
açıq-aşkar pozulması adlandırıb. Buraya mülki əhalinin daha sonra Ermənistanın
rəsmi mənbələri tərəfindən dəhliz adlandırılan yoldan qaçarkən güllələnməsinə
dair sübutlar da daxildir”, – o söyləyib.

“Bu gün bura həmrəylik əlaməti olaraq – əzizləri ilə bərabər insan nifrətinin
qurbanlarının xatirəsini ehtiramla yad etmək və günahsız ruhlarını yad etmək
tutmaq üçün toplaşmışıq”, – Federasiya prezidenti bildirib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı: Barışıq üçün tanıyın”
(“Khojaly: Reconcile to Recognize Coalition”) beynəlxalq koalisiyasının
nümayəndələri Xocalı ilə Ağdam arasında yerləşən və qaçmağa cəhd edən yüzlərlə
dinc xocalılının öldürüldüyü “Ölüm dəhlizi”nə baş çəkiblər.

Source link