İtaliya millisinin keçmiş bombardiri vəfat etdi – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə İtaliya milli komandasının keçmiş bombardiri Luici Riva 79 yaşında
vəfat edib.
O, infarkt keçirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün
səylərinə baxmayaraq keçmiş futbolçunu xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42
matçda 35 qol vurub.
O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.
Mənbə: TASS
23:32
İtaliya millisinin bombardiri olan 79 yaşlı Luici Riva infarkt keçirərək
xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, Kalyaridəki evində huşunu itirib. Keçmiş futbolçunun
oğulları Nikola və Mauro onu xəstəxanaya aparıblar.
Luici hazırda tibb işçiləri tərəfindən müalicə olunur. Eyni zamanda,
kardiologiya, hemodinamika və kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri
tezliklə Rivanın müalicəsi üçün gələcək addımları müəyyənləşdirəcəklər.
Bildirilir ki, onun angioplastika əməliyyatına məruz qalması ehtimalı var.
Qeyd edək ki, keçmiş italyan futbolçu millinin heyətində bütün turnirlərdə 42
oyun keçirib və 35 qol vurub ki, bu da komandanın tarixində ən yaxşı nəticədir.
Riva 1968-ci ildə İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi
olub.
Mənbə: championat.com