İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman
istisna edib”.
Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto “Corriere della
Sera” nəşrinə müsahibəsində bildirib.
“Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğunu
demişik və bunu da edirik”, – deyə o bildirib.
Avropa kontingentinin Ukraynaya göndərilməsindəki iştirakla bağlı suala
Krosetto birmənalı şəkildə cavab verib.
“Qətiyyən yox. Buna heç kim şübhə edə bilməz!” – deyə o qeyd edib.
“Bizim birbaşa iştirakımız üçün hər hansı bir şərt yoxdur”, – deyə İtaliyanın
müdafiə naziri fikrini yekunlaşdırıb.