eedcf384-0197-4156-a0cd-1afd83c450db..jpg

İtaliya XİN Fransanın anti-Azərbaycan mövqeyini sərt tənqid edib

Baxış sayı: 483 dəfə baxılıb.

İtaliya XİN Fransanın anti-Azərbaycan mövqeyini sərt tənqid edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Ermənistan arasında atəşkəs hər iki ölkənin məsuliyyəti
sayəsində davamlı xarakter alıb. Lakin aydındır ki, bilavasitə tərəflərdən
başqa, kənar qurumların nümayəndələrinin hər hansı bir bəyanatı gərginliyi
artırma riski daşıyır”.

“Caliber” xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq
əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli deyib.

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər
Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe
tutur. ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında Fransa xarici işlər
nazirinin bəyanatları şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir.
Fransalı nazir sağlam düşüncə ilə bölgənin sabitləşdirilməsinə doğru irəliləyən
bir çoxlarının səylərinə zərər verməsəydi, daha uyğun və faydalı olardı”, –
Cirielli yekunlaşdırıb.

Source link