2c08a40e-2fa2-4417-aa39-45a03a4afe0b..jpg

İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb

Baxış sayı: 1. 080 dəfə baxılıb.

İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb

İtaliyanın Lampeduza adasının limanında miqrantları xilas edən və küçə rəssamı
Benksi tərəfindən maliyyələşdirilən “Luiza Mişel” adlı gəmi saxlanılıb.

Məlumata görə, gəmi heyəti qeyri-hökumət təşkilatları tərəfindən miqrantlara
yardımın yenilənmiş qaydalarını pozub. Lakin ekipaj üzvlərinə həbslə bağlı
rəsmi yazılı əsaslandırma təqdim olunmayıb.

Qeyd edək ki, son 4 gün ərzində İtaliyaya dəniz yolu ilə dörd mindən çox
qeyri-qanuni miqrant gəlib.

Mənbə: gazeta.ru

Source link