Güclü yağışların yaratdığı daşqınlar İtaliyanın Emiliya-Romanya bölgəsini
əhatə edib.
Cixisyolu.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müəssisələr
nazirinin müavini Valentino Valentini bildirib.
Bolonya şəhəri və ətraf ərazilər təbii fəlakətin təsirinə məruz qalıb. Kənd
yerlərində əkin sahələrini, yolları və bir neçə yaşayış məntəqəsini su basıb.
Xilasedicilər, həmçinin yerli çaylarda suyun səviyyəsinin kritik yüksəlməsini
qeydə alıblar. Onlar ən azı iki min insanı evlərindən təxliyə etmək qərarına
gəliblər.