İtaliyada mafiya və siyasətçilərin qənimi öldü

Baxış sayı: 3. 338 dəfə baxılıb.

İtaliyada mafiya və siyasətçilərin qənimi öldü

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Milanda 1990-cı illərdə böyük səs-küyə səbəb olan “Təmiz əllər” adlı  antikorrupsiya əməliyyatına rəhbərlik edən sabiq prokuror Françesko Saverio Borrelli dünyasını dəyişib.

Reuters”in məlumatına əsasən, 89 yaşlı Borrelli bir müddət öncə Xərçənglə mübarizə üzrə Milli instituta yerləşdirilmişdi.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Borrelli Milanda başlayan, daha sonra digər şəhərləri də əhatə edən “Təmiz əllər” tədqiqatını aparan prokurorlara rəhbərlik edirdi. 

Mafiyaların cinayətlərinin artması fonunda başlayan əməliyyat İtaliyanın biznes və siyasət dairələrinin yüzlərlə nümayəndələrinin həbsinə, bir çoxlarının isə karyerasının məhvinə gətirib çıxarmışdı. Bir sıra yüksək vəzifəli siyasətçilər, İtaliya sosialist, İtaliya liberal və İtaliya demokratik sosialist partiyası  da daxil olmaqla, bəzi siyasi birləşmələrin üzvləri, eləcə də “Eni” energetik  və “Fiat” avtomobil şirkətlərinin rəhbərliyindən bəzi şəxslər məsuliyyətə cəlb edilmişdilər.