f4493938-41dc-411b-8156-b961298e4f09..jpg

İtaliyada sirkdən qaçan şir tutuldu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 461 dəfə baxılıb.

İtaliyada sirkdən qaçan şir tutuldu – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyada sirkdən qaçan şir tutulub.

Şir bir neçə saat təkbaşına gəzib, Roma yaxınlığındakı qəsəbənin sakinləri isə
evdə qalmağa məcbur olublar.

Bildirilir ki, şirə yuxu dərmanı vurulub. O yenidən sirkə qaytarılacaq.

Mənbə: lenta.ru

08:00

Şənbə günü axşam İtaliyanın Roma yaxınlığındakı Ladispoli şəhərindəki sirkdən
şir qaçıb.

Bu barədə Ladispoli şəhərinin meri Alessandro Qrando bildirib və
həmyerlilərini küçəyə çıxmamağa çağırıb.

“Vacib bildiriş! Mediterraneo küçəsində yerləşən sirkdən şir qaçıb. Operativ
şəkildə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının dəstəyi ilə sirk
işçiləri heyvanın tutulması istiqamətində əməliyyat keçirirlər. Xahiş olunur
ki, mümkün qədər diqqətli olun və yeni bildiriş gələnə qədər olduğunuz yeri
tərk etməkdən çəkinin”, – deyə A.Qrando “Facebook” hesabında yazıb.

Sosial şəbəkələrdə şirin Ladispoli küçələrində gəzdiyini əks etdirən videolar
yayılıb. Bu məlumat şəhər sakinləri arasında birmənalı olmayan reaksiyaya səbəb
olub: bəziləri təşvişə qapılıb, bəziləri isə heyvanın sirkdən qaçmasına
sevindiyini açıq şəkildə ifadə ediblər.

“Yazıq heyvanlar! Ümid edirəm ki, şir tapılmayacaq və bu axmaq şoular
bitəcək”, – deyə şəhər sakinlərindən biri sosial şəbəkədə yazıb.

Mənbə: “SHOT” “Telegram” kanalı


Source link