bef71ec3-c354-4494-8af0-f307928dbf4a..jpg

İtaliyalı deputat “Duty free”dən ətir oğurlamaqda şübhəli bilinir – FOTO

Baxış sayı: 606 dəfə baxılıb.

İtaliyalı deputat “Duty free”dən ətir oğurlamaqda şübhəli bilinir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya parlamentinin üzvü Romanın “Fyumiçino” hava limanında “Duty free”dən
ətir oğurlamaqda şübhəli bilinir.

Qeyd olunur ki, o, aprelin 15-də mağazadan cibində ətirlə çıxarkən saxlanılıb.
Satıcının dediyinə görə, kişi hələ 2023-cü ilin dekabrında çamadanında eyni
firmanın ətirini gizlətməyə çalışsa da, bu, satıcının diqqətini çəkdikdən sonra
deputat ödəniş etməli olub. O, həmçinin 2024-cü ilin martında da cibində ətir
keçirib.

Hadisə müşahidə kameralarına düşüb. Ətirin qiyməti təxminən 100 avrodur.

Fassino özü bunu anlaşılmazlıq adlandırıb və diqqətinin yayındığını bildirib.

Xatırladaq ki, 2000-ci illərdə o, Xarici Ticarət və Ədliyyə Naziri vəzifəsində
çalışıb, 2011-2016-cı illərdə isə Turin meri olub.

Mənbə: Repubblica

Source link